Məsud Pezeşkiyan Azərbaycana səfər edəcək

Məsud Pezeşkiyan Azərbaycana səfər edəcək

İran prezidenti Məsud Pezeşkiyan iyulun 3-4-ü Azərbaycanda səfərdə olacaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, İran prezidenti Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da telefon söhbəti zamanı iranlı həmkarı Məsud Pezeşkiyanı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.

Xəbəri paylaş

VİDEOLAR