Zelenskidən acı etiraf: Putinsiz həll olan deyil...

Zelenskidən acı etiraf: Putinsiz həll olan deyil...

Ukrayna prezidenti Vladimir Zelenski Donbas münaqişəsinin həllini ancaq Putinlə danışıqda görür

Rasthaber  “İnterfaks”-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə əlaqə olmadan Donbasdakı müharibəni heç vaxt dayandırmaq və bütün Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq.

“Mən əminəm ki, əgər Rusiya ilə danışmasaq, heç vaxt müharibəni dayandıra bilməyəcəyik. Qərbli həmkarlarımızn dəstəyi isə ayrı məsələdir. Lakin əgər biz prezident Putinlə danışmasaq, Ukraynanı tam bərpa edə, bütün ərazilərimizi geri qaytara bilməyəcəyik”, – deyə o bildirib.

Zelenski qeyd edib ki, əgər Putinlə onun arasında dialoq olmasa idi, onun prezidentliyi dövründə 140 əsirin qaytarılması heç vaxt mümkün olmazdı.

“Yalnız Normand formatı işə yaramır, bəs etmir. Bizim Normand formatında gözdən keçirilməmiş məsələlərimiz var. Bu, dənizçilərimizin geri qaytarılması, əsarətdəki krımlıların humanitar çətinlikləri məsələləridir. Bu cür məsələləri Rusiya prezidenti ilə həll etmək lazımdır”, – deyə Zelenski əlavə edib.

O, ayrı-ayrı KİV-lərin dialoqun pozulması, hətta Normand formatı və ya Minsk prosesinin pozulması üçün hər şeyi etmələrinə görə təəssüfünü ifadə edib.

“Bu, məhz böyük maliyyə strukturlarına və ya mənədək hakimiyyətdə olmuş və yüksək vəzifələr tutmuş siyasətçilərə aid olan medialara aiddir. Onlar onlara məxsusdur, təəssüf ki. Lakin biz heç vaxt təslim olmuruq və hesab edirik ki, istənilən halda müharibənin bitməsi məsələsində bir irəliləyəcəyik və həmkarlarımızla və Rusiya ilə də danışacağıq ki, insanlar və ərazilərimizi geri qaytaraq”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR