Zelenski xarici investorları vә sahibkarları ölkәsinә dәvәt edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski xarici investorları vә sahibkarları ölkәsinә dәvәt edib.
Zelenski ölkәsinin müstәqillik günündә ‘‘Twitter’’ sәhifәsindәn paylaşım edәrәk Ukraynanın yenilik mәsәlәsindә qabaqcıl rolu olduğunu deyib.
Ölkəsinin informasiya texnologiyaları sahəsində 5 faiz vergi tətbiqi ilə sahibkarlar üçün cəlbedici bir yer olduğunu deyən Zelenski Avropanın ən böyük ölkəsi olaraq Ukraynanın kənd təsərrüfatı sektorunun bütün dünyaya kifayət edәcәk qədər potensiala sahib olduğunu vurğuladı.
Zelenski deyib: ‘‘Tәlәsin. Ukraynanı birlikdə qura bilərik və hamımız faydalana bilәrik. Bütün dünya Ukrayna ilə zənginləşə bilər’’.