Zelenski Ərdoğanı Kiyevə dəvət etdi

Zelenski Ərdoğanı Kiyevə dəvət etdi

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin fevral ayında keçiriləcək yüksək səviyyəli Strateji Şuranın (SŞ) iclasına dəvət edib.

“Onu (Türkiyə prezidenti) Strateji Şuranın Kiyevdə keçiriləcək yubiley iclasına gözləyirəm”, - deyə Zelenski “Twitter”-də yazıb.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, Zelenski və Ərdoğan telefon danışığı zamanı SŞ-ın 10-cu iclasını gələn ilin 2-ci ayında Ukrayna paytaxtında keçirməyə dair razılıq əldə ediblər.

Qeyd edilib ki, bu tədbirdən öncə dekabr ayında xarici işlər və müdafiə nazirlərinin görüşü keçirilməlidir.

Onlar həmçinin ikitərəfli əmədakşlıq və digər məsələləri də müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR