Zelenski: Krım körpüsü zərərsizləşdirilməlidir

Zelenski: Krım körpüsü zərərsizləşdirilməlidir

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Krım körpüsü zərərsizləşdirilməlidir, çünki o, sülh deyil, müharibə gətirir.

Az.rasthaber.com xəbər verir ki, Aspen Təhlükəsizlik Forumunda danışan Ukrayna lideri Zelenski deyib:

“Aydındır ki, Krım körpüsü bizim hədəfimizdir. Sülh deyil, müharibə gətirən hər bir hədəf zərərsizləşdirilməlidir".

Zelenski deyib ki, Krımın Ukraynaya qaytarılması da onların məqsədidir.

Xəbəri paylaş

VİDEOLAR