Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalılara müraciət edib.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, o, videomüraciət yayıb.
“Bu hücumun məqsədi təzyiqdir. Bütün cəmiyyətimizə təzyiqdir. Bir daha deyirəm, tək hakimiyyətə deyil, bütün ukraynalılara təzyiqdir. Bizim oğlanlarımız və qızlarımız düşmənə öz operativ müdaxilə planlarını ilk gündə yerinə yetirməyə imkan verməyib”, - deyə o bildirib.
“Biz dövlətimizi təkbaşına qoruyuruq. Dünyanın ən güclü ölkələri baş verənləri uzaqdan seyr edir. Dünənki sanksiyalar Rusiyanı inandıra bildi? Biz öz səmamızda və yerdə eşitdiyimiz mərmi səsindən bunun kifayət olmadığını görürük”, - deyə o qeyd edib.
O, əvvəl-axır Rusiya ilə danışıqların başlayacağını qeyd edib.