Ukrayna prezidenti Volodimir Zelenski ölkə ərazisində hava həyəcanı elan edib.
Az.rasthaber.com "SalamNews"-a istinadən xəbər verir ki, Ukraynanın bütün ərazisində hava hücumu səngimir. Raket zərbələri var. Təəssüf ki, ölənlər və yaralananlar var", deyə Zelenski "Telegram" kanalında bildirib.
Bundan öncə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa Kiyevdə baş verən partlayışlar nəticəsində ölən və yaralıların olduğu barədə məlumat verib.