Zaxarova Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı şayiələri mifologiya adlandırıb

Zaxarova Rusiyanın Ukraynanı işğala hazırlaşması ilə bağlı şayiələri mifologiya adlandırıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qərb kütləvi informasiya vasitələrinin Rusiyanın Polşa-Belarus sərhədindəki böhrandan Ukraynanın işğalına hazırlıq üçün istifadə etməsinə dair xəbərlərini tənqid edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatının yazdıqlarını mifologem adlandırıb.

Bu, bizim guya humanitar konvoylarda rus tankları göndərməyimiz barədə eşitdiyimiz mifologemlərdən növbətisidir. Rusiya ilə Ukraynanın cənub-şərqi arasında tikilmiş tunellər haqqında hekayələr... Bu da onlardan növbətisidir. Əgər faktlarınız varsa, göstərin, onda danışarıq. Əgər yoxdursa, o zaman Ukrayna ilə bağlı 7 ildir Qərb mətbuatında dolaşan əsası olmayan xəbərlər üzərində işləməyin vaxtı çatıb”, - M. Zaxarova vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR