Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosuna bildirib ki, Rusiya hakimiyyəti qarşısına Avropanı “məhv etmək” məqsədi qoymayıb.
"Bizim məqsədimiz Avropanı parçalamaq deyil. Bu, heç vaxt bizim məqsədimiz olmayıb. Əgər biz nəyisə hədəfləyiriksə, o da beynəlxalq münasibətlərə sağlam düşüncənin qayıdışıdır", deyə Zaxarova vurğulayıb.
O qeyd edib ki, Aİ-yə üzv olan ölkələr rəssam Piter Breygelin “Korlar” tablosunda “şübhə və etiraz bildirməyən, sual verməyən və etiraz etməyən” lakin “bir qrup olaraq uçuruma gedən" obrazlara bənzəyirlər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bir bir müddət öncə Praqada ittifaqın müdafiə və xarici işlər nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşlərində iştirak edən Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ-də “bəzi səslərin” Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasının tərəfdarı olduğunu bildirib.