Zakzakinin vəkili: Müvəkkilimə qarşı sui-qəsd etmək istəyirdilər

Zakzakinin vəkili: Müvəkkilimə qarşı sui-qəsd etmək istəyirdilər

Şeyxin harada, hansı şəraitdə saxlanılması ilə bağlı məlumat verilmir

Nigeriya İslam Hərəkatı Liderinin vəkili Səudiyyə Ərəbistanının Şeyx İbrahim Zakzakiyə sui-qəsd etmək üçün Nigeriyadakı Abuca rəsmilərinə milyonlarla dollar verdiyini açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, vəkil İshaq Adem İshaq Səudiyyənin Nigeriyadakı İslami hərəkatdan narahat olduğunu bildirərək "Səudiyyə rejimi Nigeriyadakı İslam hərəkatını yatırmaq üçün milyonlarla dollar xərcləyib", - deyə qeyd edib.

Vəkil vurğulayıb ki, Nigeriyada Şeyx Zəkzakiyə qarşı həbs və hücumların arxasında ABŞ, İsrail və Səudiyyə durur.

"ABŞ, Sionist rejim və Səudiyyə rejimi Nigeriya Prezidenti Məhəmməd Buxariyə Şeyx Zəkzakiyə qarşı sui-qəsd əmri vermişdi. Şeyx Zakzakinin səhhəti çox pisdir və heç kəs onun durumu ilə bağlı məlumat vermir və kimdəsə bel əbir məlumat yoxdur. Çünki 2015-ci ildən bəri məcburi olaraq naməlum şəraitdə azadlıqdan məhrum edilib. ", -deyə vəkil əlavə edib.

Qeyd edək ki, şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.  

17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti Ali məhkəməsinə ərizə göndərilib.  
 Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zakzaki və həyat yoldaşını Hindistanda müaliciyə göndərib. Lakin daha sonra Şeyx İbrahim Zakzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməlum şəraitdə saxlayır.

Xəbəri paylaş

VİDEOLAR