Yüzlərlə uşaq Qatil İsrail tərəfindən saxlanılıb və işgəncələrə məruz qalıb

Yüzlərlə uşaq Qatil İsrail tərəfindən saxlanılıb və işgəncələrə məruz qalıb

Bildirilib ki, sionist İsrail Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 640 uşağı saxlayıb və onlardan bəzilərinə işgəncə verib.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı Fələstin Əsirlər Dərnəyindən yazılı açıqlama verilib. Açıqlamada qatil İsrailin Qəzzaya hücumlarının başlamasından sonra ən az 640 uşağı nəzarətə götürdüyü və bu uşaqların bir qisminin sərbəst buraxıldığı, bəzilərinin isə hələ də həbsdə saxlandığı ifadə edildi.

Bəyanatda sionist İsrail həbsxanalarında təxminən 250 uşağın işgəncəyə məruz qaldığı, Qəzza zolağından saxlanılan bir qrup uşağın da İsrailin şimalındakı həbsxanada saxlandığı bildirilib.

Açıqlamada qatil İsrail qüvvələrinin dünən Ramallahda 7 yaşlı uşağı saxladığı və bir neçə saat sonra sərbəst buraxdığı vurğulanaraq, uşağın döyülərək qəsdən evindən uzaqlara buraxıldığı vurğulanıb.

Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla, 37 min 347 fələstinli şəhid olub, 85 min 372 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR