Düşərgədə 12,8 min insanın yaşadığı qeyd edilir.
Rasthaber Azərbaycan xəbər verir ki, Yunanıstanın Lesbos adasında yerləşən “Moria” ən böyük qaçqın və miqrant düşərgəsi tamamilə yanıb.
Düşərgədə 12,8 min insanın yaşadığı qeyd edilir.
Yanğın düşərgədə koronavirusa 35 yoluxma halı müəyyən edildikdən az müddət sonra baş verib.
Qaçqın və miqrantlar ətraf ərazilər və dağlarda gizlənə biliblər, onların əksəriyyəti şəhərə tərəf yollanıblar.
Yunanıstan yanğın xidmətinin məlumatına görə, düşərgə ətrafı və onun ərazisində 10-a yaxın yanğın ocağı əmələ gəlib, yanğının söndürülməsi üçün polisin də yardımı ilə 25 yanğınsöndürən və 10 maşın cəlb edilib.