Yunanıstan Türkiyəni Beynəlxaq Məhkəmə ilə hədələdi

Yunanıstan Türkiyəni Beynəlxaq Məhkəmə ilə hədələdi

Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 75-ci sessiyasındakı debatlarda bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə ilə münaqişə dialoq vasitəsi ilə həll edilməsə, Yunanıstan BMT-in Beynəlxalq Məhkəməsinə müraciət edəcək.

Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT Baş Assambleyasının 75-ci sessiyasındakı debatlarda bildirib.

O, Türkiyənin hərəkətlərinin beynəlxalq hüquq normalarını pozduğunu və regional təhlükəsizlik və sabitliyə təhlükə olduğunu deyib.

“Gəlin, danışaq. Gəlin, ortaq məqbul həllər axtaraq. Gəlin, diplomatiyaya şans verək. Amma əgər nəticədə həllər tapa bilməsək, biz Haaqadakı Beynəlxalq Məhkəmənin müdrikliyinə inanmalı olacağıq”, – deyə Mitsotakis qeyd edib.

Xatırladaq ki, son zamanlar Yunanıstan və Türkiyə arasında Aralıq dənizindəki iqtisadi zonalara dair ərazi mühahisələri kəskinləşib.

Xəbəri paylaş

VİDEOLAR