YPG liderinin qohumu Türkiyəyə təslim oldu

YPG liderinin qohumu Türkiyəyə təslim oldu

Türkiyə YPG-ni PKK terror təşkilatı ilə əlaqəli hesab edir.

Rasthaber Azərbaycan İHA-ya istinadən xəbər verir ki, Suriya kürdlərindən təşkil olunmuş YPG qruplaşmasının liderlərindən olan Salih Müslimin qardaşı oğlu Dəlya Mahmud Müslim Türkiyənin Mersin əyalətində polis idarəsinə gedib.

21 yaşlı “Viyan Şervan” ləqəbli şəxs uzun danışıqlardan sonra polisə təslim olub.

 Dəlya Mahmud Müslim ifadəsində Türkiyə DİN-in “qırmızı siyahısına” daxil olan Salih Müslimlə qohum olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə YPG-ni PKK terror təşkilatı ilə əlaqəli hesab edir.

Xəbəri paylaş

VİDEOLAR