Oxfam yeni hesabatında Yəmən vətəndaşlarını öldürmək üçün Amerika və İngiltərə silahlarından istifadə edildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu beynəlxalq araşdırma və yardım təşkilatı çərşənbə günü aşağıdakı bəyanatlarla çıxış edib:
"Səudiyyə koalisiyasının Yəmən müharibəsində Amerika və Britaniya silahlarından istifadə etməsi nəticəsində son bir ildə ən azı 87 mülki şəxs və daha 136 nəfər həlak olub.
2021-ci ilin yanvarından 2022-ci ilin fevral ayının sonuna qədər Səudiyyə koalisiyası Yəməndə mülki şəxslərə qarşı yüzlərlə hücumda yalnız London və Vaşinqton tərəfindən təchiz edilmiş silahlardan istifadə edib"
Qeyd edək ki, İngiltərə Səudiyyə Ərəbistanına ABŞ-dan sonra ikinci silah tədarükçüsüdür.