Yəmənlilər Səud koalisiyasının təcavüzünə qarşı aksiya keçirdi

Yəmənlilər Səud koalisiyasının təcavüzünə qarşı aksiya keçirdi

Yəmənin "Təəz" vilayətinin əhalisi aksiya keçirərək, səud koalisiyasının müharibə siyasətlərini qınayıblar.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Yəmənin Təəz vilayətinin əhalisi iqtisadi vəziyyət və yaşayış şəraitinin pisləşməsinə etiraz olaraq aksiya keçirib.

Onlar şüarlar səsləndirərək Səudiyyə Ərəbistanı koalisiyasının təcavüzünün böhrana səbəb olduğunu bildiriblər. 

Səudiyyə Ərəbistanının işğal və təcavüz siyasəti Yəmənin infrastrukturunun 85 faizdən çoxunu məhv edib və bu ölkəni ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib.

Xəbəri paylaş

VİDEOLAR