Səudiyyə Ərəbistanı KİV-ləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın Neom şəhərciyindəki iqamətgahının raket atəşinə tutulduğunu yazıb.
Az.rasthaber.com “ParsToday”-ə istinadən xəbər verir ki, qeyd edilib ki, zərbələr Yəmən ordusu tərəfindən endirilib.
Maraqlı məqam budur ki, iqamətgah krallıq ərazisində “Patriot” HHM sistemlərinin quraşdırılmasından sonra hücuma məruz qalıb.
Əlavə edilib ki, vəliəhd şahzadə artıq heç bir sarayında təhlükəsizlikdə deyil.
Mənbənin məlumatına görə, bin Salman vaxtının çoxunu dənizdəki yaxtasında keçirir və daha ər-Riyadda yaşamır.