Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin həyata keçirdiyi hücumlar səbəbilə Səna beynəlxalq hava limanında uçuşların dayandırılması səbəbindən çoxlu sayda insanın şəhid olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah hökumətinin səhiyyə naziri Əli Şeyban paytaxt Sənada xarici işlər naziri Camal Əmirlə görüşüb.
Şeyban və Əmir müalicə üçün xaricə gedən yəmənli xəstələrin məsələsini müzakirə ediblər. Onlar ağır xəstələrin müalicəsi üçün xaricə səfəri və xaricdə qapalı qalanların həlli yollarını müzakirə ediblər.
Şeyban deyib: "Bir çox insan öldü. Bu insanlar təkcə xəstəlikdən deyil, həm də Səna Beynəlxalq Hava Limanından uçuşların dayandırıldığı üçün öldülər".
Ənsarullah bundan əvvəl Yəmən Hava Yollarına məxsus sonuncu təyyarənin sionist İsrailin həyata keçirdiyi hava hücumunda hədəf alınaraq istifadəyə yararsız hala salındığını və Səna Beynəlxalq Hava Limanından bütün uçuşların dayandırıldığını açıqlamışdı.