İsrail rejiminin fələstinlilərə qarşı SÜRGÜN PLANI

İsrail rejiminin fələstinlilərə qarşı SÜRGÜN PLANI

Soyqırım törədən İsrail hökumətinin Qəzzada yaşayan fələstinlilərin Cənubi Sudana köçürülməsi üçün Cənubi Sudan hökuməti ilə danışıqlar apardığı iddia edilib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Qəzza zolağında törətdiyi qətliamlara və bölgəni planlaşdırdığı hərtərəfli işğalına qarşı qlobal etirazlar davam edərkən, Qəzza xalqının gələcəyi ilə bağlı yeni bir iddia ortaya çıxıb.

İsrail mətbuatında çıxan xəbərlərdə işğalçı İsrail hökumətinin Qəzzada yaşayan fələstinlilərin Cənubi Sudana köçürülməsi üçün Cənubi Sudan hökuməti ilə danışıqlar apardığı iddia edilir.

Məsələdən xəbəri olan müxtəlif mənbələr danışıqları təsdiqləsə də, danışıqların gedişi ilə bağlı heç bir məlumat verilməyib. Məsələ ilə bağlı İsrail və Cənubi Sudan hökumətlərindən heç bir rəsmi açıqlama verilməyib. Fələstinlilərin Qəzza zolağından vətəndaş müharibəsi və aclıq təhlükəsi ilə üzləşən Cənubi Sudana köçürülməsi planı insan haqları ilə bağlı narahatlıqları artırıb.

Ekspertlər potensial “məcburi evakuasiya” planının beynəlxalq hüququn pozulması olduğunu şərh ediblər.

Xəbəri paylaş

VİDEOLAR