HƏMAS bütün dünyada kütləvi nümayişlərə çağırıb

HƏMAS bütün dünyada kütləvi nümayişlərə çağırıb

HƏMAS sabah sionist İsrailin Qəzzada davam edən soyqırımı və işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların genişləndirilməsi planlarına qarşı bütün dünyada kütləvi nümayişlərə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin "E1" layihəsi vasitəsilə işğal altındakı İordan çayının qərb sahilinin işğalını genişləndirəcəklərini açıqlamasının ardından Həmas yazılı açıqlama verib.

Bəyanatda deyilir: “Cümə günü qəzəb günü olsun, Qəzzaya dəstəyin vurğulanması və İordan çayının qərb sahilini ələ keçirmə planlarının rədd edilməsi”.

Vurğulanıb ki, Qəzzada davam edən soyqırım, aclıq və blokadaya, faşist İsrail hökumətinin qeyri-qanuni yaşayış məskənlərini geniş vüsət almasına əsl cavab ictimai meydanlar və müqavimətdir.

Bu məqsədlə İordan çayının qərb sahilindəki bütün şəhərlər, kəndlər və düşərgələrdəki fələstinlilərdən “Fələstin xalqını öz torpaqlarından qoparmaq və onları ləyaqətlə yaşamaq hüququndan məhrum etmək məqsədi daşıyan ilhaq və müsadirə planlarına” qarşı “Qəzəb Cüməsi” tədbirlərinə qatılmaları istənilib.

Bəyanatda bu tədbirlərin Fələstin daxilində və dünya səviyyəsində geniş şəkildə təşkilinin vacibliyi vurğulanaraq, bunun “İsrailin daimi olmadığı və ilhaq layihəsinin xalqın iradəsi və müqaviməti ilə məhv ediləcəyi” mesajını verəcəyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR