Yəmənin səhiyyə naziri yoluxucu xəstəliklərin səbəbini açıqladı

Yəmənin səhiyyə naziri yoluxucu xəstəliklərin səbəbini açıqladı

Yəmən səhiyyə naziri Taha əl-Mütəvəkkil açıqlama verdi

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən səhiyyə naziri Səudiyyənin qadağan olunmuş və zəhərli silah istifadəsinin Huseydə əyalətində vəziyyəti pisləşdirdiyini və yoluxucu xəstəliyə bulaşanların sayının artdığını bildirib.

“Almasirah” telekanalının rəsmi saytının bildirdiyinə görə, Yəmən səhiyyə naziri Taha əl-Mütəvəkkil “Səudiyyə işğalçıları tərəfindən Hudeydədəki səhiyyə və tibb mərkəzlərinin bombalanası və su xəttlərinin hədəf alınması, şəhərdəki yoluxucu xəstəliklərin sayını artırdı.”, -deyə qeyd edib.

Taha əl-Mütəvəkkil etdiyi açıqlamanın davamında deyib: “Biz, Səud rejimini səhiyyə mərkəzlərinin bombalamasının bütün nəticələrinə görə məsuliyyət daşıdığını bildiririk.”

Yəmən səhiyyə naziri müxtəlif təşkilatları zəhərli və qadağan olunmuş silahlardan istifadə edildiyinə görə,  Hudeydədə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün humanitar məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR