Yəmən Ənsarullah Hərəkatının ictimai əlaqələr və informasiya rəhbəri ABŞ və bu ölkənin prezidenti Donald Trampın təhdidləri qarşısında müqaviməti vurğulayarar deyib: “Yəmən bir milyon hücumla belə müqavimətdən əl çəkməyəcək.”
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının ictimai əlaqələr və informasiya rəhbəri Əbdulrəhman əl-Əhnumi bildirib: “Yəmən xalqı Qəzzə zolağına dəstək verməkdə əzmkar qalacaq və öz mövqeyindən zərrə qədər də geri çəkilməyəcək. Yəmən xalqı Qəzzə zolağının əhalisini tək qoymayacaq; hamımız şəhid olsaq belə.”
“Yəmən Qəzzə zolağının mühasirəsi aradan qaldırılana və İsrail rejimi oradakı hücumlarını dayandırana qədər Seyid Əbdülməlik əl-Husinin rəhbərliyi altında fəaliyyətlərini davam etdirəcək” - deyə, o, bəyan edib.
Əl-Əhnumi vurğulayıb: “Səna iki yüz min hücumla sınmayıb və onun müqaviməti bir milyon hücumla da sınmayacaq. Yəmən xalqının haqlı mövqeyi var və təcavüzkarlar son nəticədə uduzan tərəf olacaqlar. Yəmənin İsrail işğalçılarına qarşı qətiyyətli mövqeyi son nəticədə qələbəyə gətirib çıxaracaq.”