Yəmənin 154 rayonunda qida əmin-amansızlığı

Yəmənin 154 rayonunda qida əmin-amansızlığı

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, aclıqdan əziyyət çəkən Yəmən rayonlarının sayı son 2 ildə 3 dəfə artıb.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının məlumatına əsasən, 2018-ci ildə qida əmin-amansızlığını yaşayan 49 Yəmən rayonuna daha yüz beş rayon əlavə olub.

Bu rayonlarda yaşayan şəxslər ya məhdud miqdarda qidaya malikdirlər, ya da ki, ağac yarpaqları ilə qidalanmağa məcburdurlar. Bəziləri övladlarını qohumlarının yanına göndərirlər ki, orada yemək yemiş olsunlar. Bəziləri də qida əldə edə bilmək üçün öz vəsaitlərini satırlar.

Xəbəri paylaş

VİDEOLAR