"Yəməni azad etməyin yolu xalqın Ənsarullah ətrafında birləşməyindən keçir"

Ənsarullahın siyasi bürosunun üzvü bu gün Twitter-dəki mesajında vurğulayıb ki, artıq Yəmən ərazisinin bir qarışını azad etmək üçün də xalqın Ənsarullah ətrafında toplanmasından başqa bir yol yoxdur.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Yəmənin devrilmiş prezidenti Əbdür-Rəbi Mənsur Hadinin qeyri-legitim olmasına toxunan əl-Baxiti deyib:

“Heç bir Yəmən vətəndaşı utanc mənbəyi olan cərəyanlara bağlı olmaqdan qürur duymur. Həm də elə bir cərəyana ki, onların liderinə Ər-Riyadda bin Salman tərəfindən sillə vurulur!”
Bəxiti deyib:
"Cənub əyalətlərini işğal edən ölkələr bu ərazilərə muzdluların qərargahı kimi baxırdılar. Onlar bu vilayətlərin Yəməndən ayrılmasını istəyirdilər. Koalisiyaya üzv ölkələr üçün Ər-Riyadda öncədən hazırlanmış müqaviləni imzalamaq əvəzinə [Yəmənin] tələblərinə sədaqətlə cavab vermək daha şərəfli idi”.

 

Xəbəri paylaş

VİDEOLAR