Yəmən Silahlı Qüvvələrinin (SQ) rəsmi nümayəndəsi xəbər verib ki, Cizanda təcavüzkar səud koalisiyasına aid bir baza beş ədəd ballistik raketlə hədəfə alınıb.
Az.rastahaber.com İran mediasına istinadən xəbər verir ki, Yəhya Səri bu ölkə qüvvələrinin təcavüzkar səud-əmirliklər koalisiyasının düşərgəsinə qarşı raket hücumunun detallarını açıqlayıb. Bildirib ki, həmin hücumda «Apaçi» vertolyotlarının anqarları, silah və sursat anbarları və komandanlıq qərargahı hədəfə alınıb.
O vurğulayıb ki, bu əməliyyatda 35-dən çox səudiyyəli ölüb və yaralanıb və onların arasında bir neçə zabit və pilot da var.
Səri bildirib ki, bu hücum səud koalisiyasının təcavüzlərinə, Yəmənin zalımcasına mühasirəsinə və davamlı hücumlara cavab istiqamətində həyata keçirilib.