Yəməndə yüzminlərlə uşaq acdır

Yəməndə yüzminlərlə uşaq acdır

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru Devid Qrisli Cenevrədə keçirdiyi mətbuat konfransında deyib ki, Yəmən müharibəsindən təqribən yeddi ilin keçməsilə Yəmən əhalisinin üçdə iki hissəsinə bərabər olan iyirmi milyon nəfərin yardıma ehtiyacı var.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Qrisli əlavə edib ki, Yəmənin iqtisadiyyatı dağılıb, yeməyin qiyməti artıb, ticarət mallarının təmini çətinliklə üzləşib və Yəmən dünyada ən pis insan böhranı ilə üzləşir.

Qeyd edilib ki, Yəmən xalqından beş milyon nəfər, o cümlədən dörd yüz min uşaq qıtlıq astanasındadır.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin martında Yəmənə qarşı hərbi təcavüz edib, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.

Səudiyyə və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on altı mindən çox yəmənlinin öldürülməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olub.

Xəbəri paylaş

VİDEOLAR