Yəməndə Sana və 14 vilayətdə Qüds Günü münasibətilə mitinqlər keçirilib
Yəməndə Sana və 14 vilayətdə Qüds Günü münasibətilə mitinqlər keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, mitinqlərdə Fələstinə və xalqına dəstək, İsrail və dəstəkçilərinə etiraz edilib.
Mitinqdə HƏMAS rəsmilərindən biri göstərdikləri dəstəyə görə, yəmənlilərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ənsarullah rəsmilərinin çıxışı ilə keçirilən mitinqdə, Livan, Fələstin və İraqdakı müqavimətlə həmrəylik nümayiş olunması diqqət çəkib.
Onu da qeyd edək ki, Ənsarullah lideri Əbdülməlik Əl Husi Qüds Günü münasibətilə çıxışı zamanı yəmənlilərin Fələstin üçün döyüşlərə qatılmağa, müqəddəs Qüdsü müdafiəsi və azad edilməsi üçün mübarizəyə qatılmağa hazır olduğunu önə çəkmişdi.