Səudiyyə Ərəbistanının başçılığı altındakı və ABŞ tərəfindən dəstəklənən koalisiyanın dağıdıcı və işğal fəaliyyəti nəticəsində qətlə yetirilən yəmənli uşaqların sayı açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, 2015-ci ilin mart ayından cari ilin noyabr ayınadək 3 825 uşaq həyatını itirib.
Həmçinin 4 157 uşağın da yaralandığı qeyd edilib.
Bildirilib ki, koalisiyanın tibb məntəqələri və xəstəxanalara hücumlarına görə yəmənlilər tibbi xidmətlərdən yararlana bilmirlər.
Bundan başqa, Səudiyyə rejiminin qadağan edilmiş silahlardan istifadə etməsi dünyaya gələn şikəst uşaqların sayının artmasına gətirib çıxardığı da əlavə edilib.
Yəmənə qarşı tətbiq edilən hava, quru və dəniz blokadası, qida və içməli su çatışmazlığı xəstəliklərin yayılması ilə nəticələnib.