Yəməndə PUA-larla hərbi qərargaha hücum edilib, ölənlər var

Yəməndə PUA-larla hərbi qərargaha hücum edilib, ölənlər var

Yəmənin Dali əyalətində həyata keçirilən PUA hücumunda Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi Yəmən hökuməti qüvvələrindən azı iki nəfər ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət mənbələri məlumat veriblər.

Bildirilib ki, husilərin PUA hücumu nəticəsində iki hərbçi ölüb və üç yaralı var.

Əlavə edilib ki, husilərin cari həftənin çərşənbə günü Hadramaut əyalətinə PUA hücumunda da bir neçə hərbçi ölmüş və yaralanmışdı.

Qeyd edək ki, Yəmənin 13 əyalətini o cümlədən paytaxtı nəzarətdə saxlayan Ənsarullah hərəkatı (Milli Qurtuluş Hökuməti) cari həftədə Hadramaut əyaləti limanını hədəfə almış və bu yolla ölkə neftini qaçıran tankeri geri dönməyə vadar etdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR