Yəməndə partlayışlar olub, ölənlər var

Yəməndə partlayışlar olub, ölənlər var

Yəmənin paytaxtı Səna, habelə Hudeyda şəhərlərində baş verən mina partlayışlarında 4-ü uşaq olmaqla 5 mülki şəxs həlak olub.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, paytaxtın şərqindəki Nehm rayonunda mina partlayığı nəticəsində 14 və 15 yaşlı iki nəfər həyatını itirib.

El-Cebeliye rayonunda baş verən partlayışda mülki şəxslər – ana və 11, 13 yaşlı övladları həlak olub.

Xatırladaq ki, Yəməndə illərdir davam edən qarşıdurmalarda 377 min nəfərə yaxın insan həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR