Yəməndə ötən il 61 min insan öz yurdundan didərgin düşüb

Yəməndə ötən il 61 min insan öz yurdundan didərgin düşüb

Uzun illərdir vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə ötən il təxminən 61 min insan öz yurdundan didərgin düşüb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Yəməndəki ofisindən verilən yazılı açıqlamada 2022-ci ilin 1 yanvar - 31 dekabr tarixləri arasında Yəməndə 10 min 135 ailənin öz yurdundan didərgin düşdüyü bildirilib.

Açıqlamada evlərini tərk edənlərin ümumi sayının 60 min 810-a yüksəldiyi, ən çox köçün isə Marib, Zamar, Taiz, Hudeyde və Ebyen şəhərlərində yaşandığı bildirilib. 2021-ci illə müqayisədə ötən il evlərini tərk edənlərin sayında ciddi azalma müşahidə olunub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2021-ci ildə şiddətli qarşıdurma səbəbindən 150 min yəmənlinin öz yurdlarından didərgin düşdüyünü açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR