Yəməndə ötən ay 10 min insan evini tərk etmək məcburiyyətində qalıb

Yəməndə ötən ay 10 min insan evini tərk etmək məcburiyyətində qalıb

Yəməndə davam edən müharibə səbəbi ilə sentyabr ayında Məarib əyalətinin 10 min sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-in Yəmən üzrə koordinatoru Devid Qressli məlumat verib.

Onun sözlərinə görə, münaqişə nəticəsində həyatını itirən və yaralanan dinc sakinlərin sayı isə 235 nəfərdir.

BMT rəsmisi davam edən müharibənin humanitar yardımların, o cümlədən də ərzaq və dərmanların çatdırılmasında problemlərə səbəb olduğunu deyib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, yüzminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

Xəbəri paylaş

VİDEOLAR