Yəməndə hər gün 4 uşaq qətlə yetirilir

Yəməndə hər gün 4 uşaq qətlə yetirilir

UNICEF Yəmən müharibəsi ilə bağlı dəhşətli statistikanı dərc edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, 2015-ci ildən bəri davam edən müharibədə 10 mindən çox uşaq həyatını itirib.

“Bu, o deməkdir ki, hər gün 4 uşaq qətlə yetirilir”, - deyə UNICEF rəsmisi Ceyms Elder bildirib.

O, üstəlik qeyd edib ki, ölüm və yaralanma hallarının çoxu rəsmi statistikaya düşmür.

Bundan başqa, Elder əlavə edib ki, Yəməndəki hər 5 uşaqdan 4-nün təcili humanitar yardıma ehtiyacı var.

Onun sözlərinə görə, təxminən 400 min uşaq aclıqdan əziyyət çəkir, 2 milyon uşaq isə məktəbə gedə bilmir.

Xəbəri paylaş

VİDEOLAR