Yəməndə torpaq sürüşməsi nəticəsində 12 işçi həyatını itirib.
Az.rasthabe.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ədən şəhərinin əl-Burayka bölgəsində dağda aparılan aparılan fəaliyyətlər zamanı torpaq sürüşməsi baş verib.
Qəza nəticəsində 12 işçi həlak olub.
Sürüşmənin ağır texnika ilə qayaların qırılması zamanı baş verdiyi bildirilib və 4 işçinin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.