Əl-Ərəbi Əl-Cədid xəbər saytı yazıb: Şiddətli soyuqlar, leysan yağışların davam etməsi ilə əlaqədar qida və istilik cihazlarının və minimum yaşayış şəraitinin olmaması ilə yanaşı, Qəzzanın su basmış çadırlarında məcburi köçkünlər üçün ölümcül şərait yaradıb.
Az.rasthaber.com xəbər verir ki, məktəblərdə və qaçqın düşərgələrində yaşayan iki milyondan çox insan üçün şiddətli yağışların və ölümcül soyuqların davam etməsi ilə Qəzzada fələstinli qaçqınların iztirabları artıb. Bu köçkünlər daşqınlardan və temperaturun kəskin düşməsindən əziyyət çəkir və sığınacaqları yoxdur. Onların çadırlarına su dolub.
Ötən günlərdə yağan güclü yağış yüzlərlə məcburi köçkün çadırının su altında qalmasına səbəb olub. Bu vəziyyət Xan Yunisdəki "Deyr əl-Bəlah" və "Məvasi" və Qəzza şəhərindəki qaçqın mərkəzlərində daha qabarıq görünür. Bu vəziyyətdə soyuqdan ölən köçkünlərin sayı artaraq 7 nəfərə çatıb ki, bu insanların əksəriyyəti yeni doğulmuş uşaqlardır. Düzgün qızdırıcı vasitələr və ərzaq yoxdur.
Əlverişsiz hava şəraiti və şəraitin olmaması səbəbindən məcburi köçkünlərin həyatı çətinləşir və xəstəliklərə yoluxma riski ilə üzləşirlər, xüsusən də uşaqların və qocaların vəziyyəti daha pisdir. Ölümcül soyuq dalğaya qarşı onların immun sistemini gücləndirəcək heç bir qida yoxdur.