İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) Qüds Qüvvələrinin komandiri general Qasim Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələri “Həşdi Şabi”nin rəhbəri Əbu Mehdi əl-Mühəndis İraq və regionu xilas edib.
Az.rasthaber.com “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani bəyan edib.
O, əl-Mühəndis və Süleymaninin İŞİD terror təşkilatına qarşı mübarizədə ən ön cərgələrdə vuruşduğunu qeyd edib.
Əs-Sudani bildirib ki, onlar ən ağır şəraitlərdə İraqı və regionu xilas edərək qoruyublar.