Yəməndə daha bir casus PUA-sı vuruldu

Yəməndə daha bir casus PUA-sı vuruldu

Bu haqda Yəmənin Al-Masirah telekanalı məlumat verib.

 Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusu və Xalq Komitələrinin havadan müdafiə sistemi, bir neçə gün öncə Səudiyyə işğal koalisiyasına aid bir casus PUA-sını vurub.

Bu haqda Yəmənin Al-Masirah telekanalı məlumat verib.

Məlumata görə, vurulan PUA Nəcran istiqamətində uçurmuş.

Qeyd edilir ki, bu vurulmuş PUA dekabr ayında Yəmən tərəfindən zərərsizləşdirilən Səudiyyə koalisiyasına aid 8-ci casus PUA-sıdır.

Bu arada Yəmən tərəfinin bildirdiyinə görə, Səudiyyə qırıcılarının Mənba sərhəd qəsəbəsində bir qəsəbəni bombalayıb. Taizin Salah bölgəsində isə Səudiyyə koalisiyasının muzdlularının as-Samin cəbhəsində hücumları uğursuz olub.

Xəbəri paylaş

VİDEOLAR