Yəmənin Səədə əyalətində ABŞ-a qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.
Az.rasthaber.com xəbər verir ki, aksiya zamanı Ağ Evin işğalçı Səudiyyə koalisyasına dəstək verdiyi xatırladılıb.
Yəmənə qarşı davam edən hücumlar və hərtərəfli mühasirənin, həmçinin iqtisadi problemlərin arxasında ABŞ-ın durduğu qeyd edilib.
Bildirilib ki, ABŞ Səudiyyə koalisiyasına hərtərəfli - həm siyasi, həm də hərbi dəstək verir.
Aksiya iştirakçıları işğalçılara qarşı mübarizələrini davam etdirəcəklərini və ABŞ-a bel bağlayan işğalçı qüvvələrin məğlub olacaqlarını bəyan ediblər.