Yəməndə ABŞ-ın hücumları zamanı həyatını itirənlərin sayı 53-ə çatıb

Yəməndə ABŞ-ın hücumları zamanı həyatını itirənlərin sayı 53-ə çatıb

ABŞ-ın Yəmənə qarşı hücumlarında şəhid olanların sayının 53-ə yüksəldiyi, ən azı 98 nəfərin yaralandığı bildirilir.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Səhiyyə Nazirliyindən verilən açıqlamada ABŞ-ın həyata keçirdiyi hücumlarda 5-i uşaq olmaqla 53 nəfərin şəhid olduğu, ən azı 98 nəfərin yaralandığı bildirilib.

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi, “Ölənlərin sayı 5-i uşaq və 2-si qadın olmaqla 53-ə çatıb. Xəsarət alanların sayı 98-ə çatıb ki, onlardan 9-u uşaq, 9-u qadındır”.

Daha əvvəl Ənsarullah ABŞ qüvvələrinin şənbə gecəsi paytaxt Səna və 7 əyalət də daxil olmaqla Yəmənə 47 hava hücumu təşkil etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR