Yəməndə 4 milyon insan qaçqın vəziyyətində yaşayır

Yəməndə 4 milyon insan qaçqın vəziyyətində yaşayır

Yəməndə aparılan hərbi əməliyyatlar nəticəsində infrasrukturun dağılması insanları ərzaq qıtlığı ilə üzləşdirib.

Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir. Nəzərə çatdırılıb ki, maliyyə çatışmazlığı bütün yəmənlilərə yardım etmək imkanı vermir. BMT yalnız 2 milyon yəmənliyə ərzaq yardım göstərmək iqtidarındadır.

Hərbi əməliyyatlardan ən çox zərər çəkən körpə uşaqlardır. Xəstəxanalarda doğulan uşaqlar tələf olmaq təhlükəzi ilə üz-üzə qalıblar. Kifayət qədər qida qəbul edə bilməyən analar uşaqlara süd verə bilmir.

BMT donor ölkələrə müraciət edərək Yəməndə insanları çarəsiz buraxmamaq və maliyyə dəstəyi göstərməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı başlatdığı müharibə, həmçinin təcavüz və işğalçılıq siyasəti nəticəsində Yəməndə iqtisadi infarstrukturun 85 faiz sıradan çıxıb. Ərzaqla yanaşı tibbi ləvəzimatlar və dərman preparatları da çatışmır. Ölkədə 4 milyon insan qaçqın vəziyyətində yaşayır. Onlar ən sadə tibbi xidmətdən belə mərhum olublar. Artıq 7 ildir ki, davam edən müharibə ölkəni humanitar fəlakətin astanasına gətirib çıxarıb.

Xəbəri paylaş

VİDEOLAR