Yəmən silahlı qüvvələrinin sözçüsü işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanının ölkə silahlı qüvvələrinin raket qüvvələrinin hədəfinə çevrildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, briqada generalı Yəhya Səri əlavə edib: Yəmən Silahlı Qüvvələrinə bağlı Raket Qüvvələri unikal hərbi əməliyyatda “Fələstin 2” yer-yer tipli ballistik raketdən istifadə edərək işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanını müvəffəqiyyətlə hədəfə alıb.
O əlavə edib ki, artıq beşinci gündür ki, ABŞ-ın son bir neçə saat ərzində Sənada və Yəmənin bir sıra əyalətlərində mülki təsisat və obyektləri hədəfə alan Yəmənə qarşı təcavüzü ilə effektiv və məsuliyyətli mübarizə aparırıq.