Yəmən silahlı qüvvələrinin sözçüsü çərşənbə axşamı səhər verdiyi açıqlamada Qırmızı dənizin şimalında Amerikanın "Harri Truman" təyyarədaşıyan gəmisini iki qanadlı raket və iki pilotsuz təyyarə ilə hədəfə aldıqlarını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələri Amerika esminesinin qanadlı raket və 4 pilotsuz təyyarə ilə hücuma məruz qaldığını açıqlayıb.
Yəmən silahlı qüvvələrinin məlumatına görə, bu, son 48 saat ərzində üçüncü dəfədir ki, “Harry Truman” təyyarədaşıyan gəmisi hədəfə alınır.
Yəmən ordusu ölkəyə qarşı planlaşdırılan genişmiqyaslı hava hücumunun qarşısını aldığını və Amerika döyüş gəmilərinin Qırmızı dənizin şimalına çəkildiyini açıqlayıb.
Səna vurğuladı ki, Amerika Qırmızı dənizin hərbiləşdirilməsinin və münaqişələr dairəsinin genişlənməsinin bütün nəticələrinə görə məsuliyyət daşıyacaq.
Yəmən silahlı qüvvələri ABŞ-ın bu ölkəyə qarşı təcavüzünün davam etməsinin beynəlxalq gəmiçilik təhlükəsizliyinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.