Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq, yeni hərbi əməliyyat keçirdiklərini açıqlayıb.
Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, bəyanatda Yəmən raket bölmələrinin iki ballistik raketlə işğal altındakı Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanını hədəfə aldığı bildirilib. Bu raketlərdən birinin “Filistin-2”, digərinin isə “Zülfikar” adlı səsdən sürətli raket olduğu bildirilib. Hər iki raketin hədəfləri uğurla vurduğu bildirilib.
Bildirilib ki, hücumdan sonra milyonlarla sionist arasında böyük panika yaranıb, insanlar sığınacaqlara qaçıb və hava limanında uçuşlar dayandırılıb.
Bundan əlavə, açıqlamada “Yaffa” tipli Yəmən İHA-nın dünən səhər saatlarında Ben Qurion hava limanını da hədəf aldığı bildirilib.
Yəmən Silahlı Qüvvələri bu əməliyyatla Fələstin xalqının yanında olduqlarını və dəstəyini davam etdirəcəklərini bir daha vurğulayıb.