Yəmən PUA və raketləri ilə Səudiyyə və BƏƏ-ni silkələdi

Yəmən PUA və raketləri ilə Səudiyyə və BƏƏ-ni silkələdi

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu gün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı "Zülfüqar" ballistik raketləri və "Səmad" PUA-ları ilə həyata keçirilən "Əsar Əl-Yəmən-2" və ya "Yəmən fırtınası-2" adlı əməliyyatın təfərrüatlarını açıqlayıb.

Az.rasthaber.com İran mediasın istinadən xəbər verir ki, Yəhya Sərii deyib: Əbu-Dabidə yerləşən "Əl-Zəfra" hava bazası və bir neçə digər həssas və həyati əhəmiyyətli bölgələri çoxlu sayda "Zülfüqar" ballistik raketləri ilə hədəfə alınıb.

O, əlavə edib: Səudiyyə Ərəbistanının dərinliklərindəki "Şərurə" bölgəsi və digər bölgələrdə yerləşən bir sıra hərbi bazalar "Səmad-1" və "Qasif-2k" PUA-ları ilə darmadağın edilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib ki, Yəmən silahlı qüvvələri bir daha BƏƏ-dəki investorlara və xarici şirkətlərə bu ölkəciyi tərk etməyi tövsiyə edir, çünki ora artıq etibarsız hala gəlib".

Bununla bağlı səud koalisiyası bir bəyanat yayaraq, Səudiyyənin hava hücumundan müdafiə qüvvələrinin "Zəhran" yəni cənuba qoğru iki ballistik raket atdığını və onun parçalarının Zəhranın sənaye bölgəsinə dəydiyini iddia edib.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi "WAM" da bu ölkənin Müdafiə Nazirliyinə istinadən iddia edib ki, yəmənlilərin BƏƏ-yə atdığı iki ballistik raketi zərərsizləşdirilib. 

Bu elə bir haldadır ki, bəzi qeyri-rəsmi mənbələr təyyarələrin Əbu-Dabi hava limanına enişinin dayandırıldığını bildirirlər.

Dünən də Səədə vilayətindəki media mənbələri, səud koalisiyasının bu vilayətin həbsxanasında törətdiyi cinayətdən iki gün sonra cinayət yerində ABŞ istehsalı olan raket qalıqlarının aşkar edildiyini bildiriblər. Partlayış yerində tapılan raketin qalıqları raketin Amerikanın "Raytheon" hərbi-sənaye şirkəti tərəfindən hazırlandığını göstərir. Bu barədə Hollandiyada yerləşən PAX İnsan Hüquqları Təşkilatının hərbi məsləhətçisi Mark Qarlasko özünün Tvitter səhifəsində məlumat yayıb. 

Xəbəri paylaş

VİDEOLAR