Yəmən Prezidenti Əbdürabbu Mənsur Hadi istefa verib.
Bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya getməyə və səlahiyyətlərini İdarəetmə Şurasına təhvil verməyə məcbur edib.
Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən getməsi üçün onun korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər.
Hazırda prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir.