Əməliyyatda 18 təyyarə və PUA-dan istifadə edilib, 8 ballistik raket atılıb.
Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Yəmən ordusunun rəsmisi Yəhra Saria Səudiyyə Ərəbistanı ərazilərinin dərinliklərində uğurlu əməliyyatın keçirildiyini elan edib.
Əməliyyat Səudiyyənin Yəmən və onun xalqına qarşı təcavüzə cavab olaraq keçirilib.
Bəyanatda deyilir ki, Səudiyyə rejiminin həyati əhəmiyyətli hərbi qərargahlar və obyektlərinə qarşı Yəmən Silahlı Qüvvələri “Milli Mətanət Günü” adlı genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyatda 18 təyyarə və PUA-dan istifadə edilib, 8 ballistik raket atılıb.
Ordu rəsmisi qeyd edib ki, “Saudi Aramco” şirkətinin Ras-Tanur, Rabiqə, Yanbu, Cizanda şəhərlərindəki inzibitai binalarına, Dəmmamdakı kral Əbdül-Əziz adına aviabazaya zərbələr endirilib. Həmçinin 6 ədad “Kasef” (K-2) dronları ilə Nəcran və Əsiradakı hərbi obyektlərə də zərbələr endirilib.
Əməliyyat zamanı qarşıya qoyulan məqsədlər uğurla yerinə yetirilib. Saria Yəmən ordusunun düşmənə qarşı “daha sərt” hərbi əməliyyatlara hazır olduğunu bildirib.
Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.