Yəmən ordusu işğal olunmuş Fələstin torpaqlarında iki hərbi hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Ordunun PUA-ları işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində iki hərbi hədəfə zərbə endirib.
Briqada generalı Yəhya Səri əlavə edib: Bu əməliyyat məzlum Fələstin xalqına və onların müqavimət göstərən döyüşçülərinə kömək məqsədilə və sionist rejimin Qəzza zolağındakı cinayətlərinə cavab olaraq həyata keçirilib.
O əlavə edib: Yəmən Silahlı Qüvvələri Fələstin xalqını əmin edir ki, onlara dəstək və yardım etməkdə davam edəcəklər və düşmən Amerikanın Yəmənə qarşı davam edən təcavüzü onların Fələstin xalqına qarşı bu dini, mənəvi və humanitar borcunu yerinə yetirməsinə mane olmayacaq.