İran gecə yarısından sonra İsrailə növbəti raket hücumunu edib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun bəyanatında bildirilib ki, raketlər İrandan İsrailə doğru atılıb.
İşğalçı İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketlərin qarşısını almağa çalışdığını bildirib.
Bəyanatda, xəbərdarlıq sirenləri səsləndiyi üçün insanların sığınacaqlara girmələri və növbəti xəbərdarlığa qədər orada qalmaları tələb olunub.
Eyni fövqəladə xəbərdarlıqlar israillilərin mobil telefonlarına da göndərilib.
İsrailin paytaxtı Təl-Əvivdə, Qüdsdə və ölkənin şimal bölgələrində siren səsləri eşidilib.