Sionist İsrail və İranın qarşılıqlı hücumları davam etdiyi bir vaxtda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun ABŞ prezidenti Donald Trampın “Truth Social” sosial media platformasında Ayətullah Xamenei ilə bağlı həyasız və alçaq paylaşımı ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Çinin İran və İsrail arasında davam edən gərginlikdən dərin narahat olduğunu bildirən sözçü Quo, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan ölkənin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına qarşı olduqlarını bildirib.
Yaxın Şərqdə gərginliyin daha da artmasının heç kimin xeyrinə olmadığını bildirən Quo, “İsrail üzərində xüsusi təsiri olan ölkə ədalətli və obyektiv mövqe tutmalı, məsuliyyətli davranmalı, gərginliyin azaldılması və münaqişənin yayılmasının qarşısının alınmasında müsbət və konstruktiv rol oynamalıdır” deyə xəbərdarlıq edib.