Yəmən ordusu və müqavimət qüvvələri Səudiyyə Ərəbistanının muzdlularına ağır zərbə endirib.
Az.rasthaber.com xəbər verir ki, sərhəd bölgəsində keçirilmiş xüsusi əməliyyat zamanı 10 sudanlı muzdlu məhv edilib, daha 17-si də yaralanıb.
Qeyd edək ki, Yəmən ordusu və müqavimət qüvvələri ölkə ərazisindəki işğalçı qüvvələr və onların əlaltılarına qarşı uğurlu əməliyyatları davam etdirir.
Xatırladaq ki, Yəməndəki sudanlı muzdluların sayı ilə bağlı dəqiq statistika olmasa da, bəzi məlumatlara görə, onların sayı təxminən 30 min nəfərdir.